Ərdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışı zamanı Qarabağ məsələsinə də toxunub.

O, Azərbaycanın müdafiə hüququndan istifadə edərək işğala son qoyduğunu bildirib.

“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. İndi Qafqazda davamlı sülh adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”, – deyə dövlət başçısı bəyan edib./“Haber Global”

\

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password