İran diplomatını Bakıya niyə göndərir?

 

İranın Xarici İşlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur bu gün Bakıya gəlir. Tehran səfir səviyyəsində danışıqlardan istədiyinə nail ola bilməyəndə sərhəddə hərbi təlimlərlə “əzələ nümayişi”nə əl atdı. Ardınca diplomatın gəlişi o deməkdir ki:

– “Əzələ nümayişi”nin işə yaramadığını anlayırlar: Türkiyə və Azərbaycanın Naxçıvanda məhz Araz çayı üzərindən mesaj verməsi Tehranın nəticə çıxarmasına kömək edən amillərdəndir;

– İran danışıqları davam etdirmək istəyir: sərt mövqe ilə yanaşı, qapıları aralı saxlayır;

Səccadpur Bakıya Azərbaycan, Türkiyə və İranın araşdırma mərkəzlərinin üçtərəfli görüşündə iştirak üçün gəlsə də, rəsmi şəxslərlə də görüşlər keçirəcək. Və bu görüşlərdə üç məsələni müzakirə edəcəyi mümkündür.

1. Xankəndinə yük daşıdığı faktı ilə saxlanılan iki sürücünün sərbəst buraxılması: bu sürücülərin sıravi vətəndaş olmadığı da istisna deyil;

2. Gorus-Qafan yolunda İranın yük maşınlarının keçidini asanlaşdırmaq, rüsum və digər məsələlərdə güzəştlər əldə etmək;

3. İranın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirakına nail olmaq: Tehran bu məsələni təmaslarında davamlı irəli sürür;

Burada diqqətçəkən əsas məqam Bakının əlinin heç olmadığı qədər güclənməsi və Tehranın “şir kimi oğlanlarıq” ritorikasına rəğmən, hesablaşmağa məcbur qalmasıdır.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password