Sülh müqaviləsi müzakirə edilir? – Detallar məlum oldu
Ermənistan mediası Moskvada “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb. İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla “sülh müqaviləsi”nin detallarını müzakirə edib.
Son dövrlər Azərbaycanın siyasi-hərbi rəhbərliyindən heç kimin Rusiyaya səfər etmədiyini nəzərə alsaq, bu iddianın reallıqla məsafəsi daha da uzaqlaşır, lakin detallar maraqlıdır:
– Sərhədin delimitasiya və demarkasiya prosesinin SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb;
– Qarabağın “statusu” ilə bağlı erməni tərəfi heç nəyə nail olmayıb: bu məsələ İrəvan tərəfindən hələ də açıq saxlanılır;
– Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılacaq;
– Zəngəzur dəhlizinin açılması reallaşacaq: Ermənistanın yola görə tranzit haqqı alması mümkündür;
– Sənədin tamamlanması yanvar ayına qədər yekunlaşacaq;
Bu məqamlar Azərbaycanın Ermənistana təqdim etdiyi yekun sülh müqaviləsi proqramına uyğundur. Erməni mənbələrin “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı və tirajladıqları detalların həqiqiliyi sual altındadır.
Lakin Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimlərinin “sülh müqaviləsi” masasında Bakının əlini gücləndirəcəyi şübhəsizdir.
Asif Nərimanlı