ÜST-dən qorxunc proqnoz

 

Bütün dünyada yoluxma hallarının artmasının bir nömrəli səbəbi olaraq göstərilən “delta” ştammı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəmindədir.

COVID-19-un yeni variantları ÜST-nin Avropa üzrə direktoru Hans Klugenin peyvəndlərlə bağlı fikirlərini dəyişib.

Təşkilatın Avropadakı səlahiyyətli nümayəndəsi əhalinin 70 faizinin iki doza peyvənd olunması ilə pandemiyanın sona çata biləcəyini bildirmişdi, ancaq o, çıxışında bədbin ifadələrə yer verib.

“Daily Mail” nəşrində yer alan xəbərə görə, H.Kluge peyvəndlərin yeni variantlar səbəbilə pandemiyaya son qoymayacağını söyləyib. Ölkə rəhbərlərini peyvənd strategiyalarına yenidən baxmağa çağıran Kluge ortaya çıxan yeni variantların kütləvi toxunulmazlığı perspektivini zəiflətdiyini qeyd edib.

O, yeni COVID-19 ştammlarının ortaya çıxmağa davam edəcəyini və virusun qrip kimi bizimlə qalacağını söyləyib.

Digər tərəfdən, dünyada koronavirusa qarşı tətbiq olunan peyvəndin ümumi miqdarı 5 milyard 660 milyon dozadan çoxdur./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password