UEFA prezidenti: “Real”, “Barselona”, “Yuventus” rəhbərliyi futbolu öldürməyə çalışırdı”

 

UEFA prezidenti Aleksander Çeferin Super Liqa yaratmaq cəhdlərinə görə İspaniyanın “Real Madrid”, “Barselona” və İtaliyanın “Yuventus” klublarının rəhbərliyini tənqid edib.

Bu barədə  “Marca” xəbər verir.

“Onların yeni turnir yaratmaq, eyni zamanda bu mövsümdə Çempionlar Liqasında oynamaq istəmələri çox məzəlidir. Hər üç klubda rəhbərlik səriştəsizdir. Bu oğlanlar futbolu öldürməyə çalışırdılar”, – Çeferin deyib.

Qeyd edək ki, aprelin 19-da İngiltərənin “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Arsenal”, “Çelsi”, “Tottenhem”, İspaniyanın “Barselona”, “Real Madrid”, “Atletiko”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları Super Liqanın yaradıldığını elan ediblər. Lakin klubların əksəriyyəti sonrakı bir neçə gün ərzində yarışdan çıxdıqlarını bildiriblər.

Yalnız “Barselona”, “Real Madrid” və “Yuventus” Super Liqada qalıb. Mayın 26-dəa UEFA bu klublara intizam tədbirlərini elan edib. KİV-in məlumatına görə, yarışda qalan komandalar Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password