Diplomatdan şok iddia: “Rus ordusu paytaxta zərbə endirməyə hazırlaşır”
Polşanın keçmiş xarici işlər naziri Vitold Vaşçikovski Rusiyanın Avropaya yaratdığı ölümcül təhlükə barədə danışıb.
Diplomat qitənin təhlükəsizliyinə lazımi diqqət ayırmayan Avropa dövlətlərini tənqid edib.
“İqlim, yeni enerji mənbələri, “yaşıl inqilab” haqda düşünürlər. Bu cür müzakirələrdə xatırlamıram ki, Avropaya ən böyük təhlükəni yaradan Rusiyanın “İsgəndər””raketlərindən danışsınlar. Bizə ölüm gətirən, təhlükə yaradan onlardır”, – Vasçikovski söyləyib.
Siyasətçi Polşanı təxribata çəkmək üçün həyata keçirdiyini iddia etdiyi Rusiyanın “Qərb-2021” hərbi təlimlərindən narahatlığını dilə gətirib:
“Ruslar artıq bir neçə dəfə belə davranışlara yol veriblər. Bu, paytaxt Varşavaya nüvə zərbələrini endirməyin məşqləridir. Bunlar müdafiə təlimləri deyil, xarakterik aqressiyadır”.
Vasçikovski Avropa Birliyində Rusiya mövzusunu gündəmdən çıxarmağa çalışan Moskva agentlərinin fəaliyyət göstərdiyini iddia edib.