Hərbçimizin sülhməramlıların nəzarətindəki əraziyə keçməsi… – Deputat

 

“Azərbaycan əsgərinin və ya vətəndaşının qanunsuz olaraq sərhədi keçdikdən sonra əsir alınmasına sərt reaksiya olmalıdır. Nə olur-olsun, hərbçimizi əsir götürə bilməzlər. Kəlbəcər və digər ərazilərdən dərhal girərək 20 ermənini əsir götürmək lazımdır. Cavabı budur”.

Bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Cəmil Babayev adlı hərbçimizin özbaşına sülhməramlıların nəzarətindəki əraziyə keçməsi və əsir alınması haqda danışarkən deyib.

Deputat hesab edir ki, ermənilərin hər bir addımına qarşı on qat cavab verilməlidir:

“Çünki onlar sakit duran deyil. Həm də söhbət ancaq ermənidən getmir. Erməni qızışdıran müəyyən elementlər və qüvvələr var. Azərbaycanda müvafiq addımlar atmalıdır. Biz bu torpağın sahibi kimi hərəkət etməsək, bizə qarşı belə addımlar çoxala bilər. Onlar görəndə ki belə təxribatçı fəaliyyətlərinə cavab olaraq 20 erməni əsgərini və mülki vətəndaşını əsir götürdük, dərhal dayanacaqlar.

Nəzərə alın ki, Qarabağdakı həm mülki ermənilər, həm də qanunsuz silahlılar daima qayda pozan tərəfdir. Qaydanı pozan kimi də götürməliyik. Bizim İnzibati Xətalar Məcəlləmiz var və bu qanun Azərbaycan ərazisində qüvvədədir. Qarabağ da Azərbaycan ərazisidir. Orada Azərbaycan polisinə, əsgərinə tabe olmayan şəxs inzibati qayda da xəta törədmiş sayılır. Mən hələ cinayəti və terrorçuluğu o tərəfə qoyuram. Məncə, qəti addımlar atılmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password