Ərdoğan: “Dünyadakı hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”
“Dünyadakı hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı deyib.
“Artıq heç kimin, heç bir kəsimin, heç bir gücün ölkəmizə, millətimizə, gənclərimizə itkilər verdirməsinə imkan verməyəcəyik. Dünən öz sərhədləri içərisində varlıq-yoxluq mübarizəsi aparan bir ölkədən bu gün bölgədə və dünyada hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”, – o, qeyd edib.
Ərdoğan Malazgirt döyüşündə həyatını itirənləri yad edib:
“Millətimizə Anadolunun qapılarını açan böyük zəfərin 950-ci ildönümündə bu torpaqların vətənimiz olmasına və bu şəkildə qalmasına görə gözlərini qırpmadan canlarını ortaya qoyan bütün şəhidlərimizi, qazilərimiz, qəhrəmanlarımızı rəhmətlə, şükranla yad edirəm”.