Azərbaycan və Türkiyə rəqəmsal ticarətdə digər ölkələrin bazarlarına daxil olmaq istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanmış rəqəmsal ticarət haqqında Anlaşma Memorandumunu təsdiqləyib.
Anlaşma Memorandumu üçillik müddətdə qüvvədə qalır.
Onun müddətinin bitməsindən altı ay əvvəl tərəflərdən biri tərəfindən yazılı şəkildə diplomatik kanallar vaistəsilə ləğv edilmədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq sonrakı üçillik müddətə uzadılır.
Anlaşma Memorandumunun məqsədləri ticarətin rəqəmsallaşdırılması və rəqəmsal vasitələrlə mal və xidmətlərin ticarəti mənasını ifadə edən rəqəmsal ticarətinn dayanıqlı və sabit inkişafının təşviq edilməsidir.
Sənəd ticarətin asanlaşdırılması və rəqəmsallaşdırılması üçün əşyaların interneti, blokçeyn, robot və bulud texnologiyaları, irihəcmli məlumatların təhlili, suni intellekt və digər 4-cü Sənaye İnqilabı Texnologiyalarının tətbiqi imkanlarının araşdırılmasını nəzərdə tutur.
Sənədin icrası ilə tərəflər rəqəmsallaşmanın ticarət üçün artan əhəmiyyətini vurğulayaraq və öz iqtisadiyatlarının rəqəmsal keçidinə töhfə verməyi və kağızsız ticarətin inkişafına əlavə təkan verməyi arzu edir.
İkitərəfli ticarətin keyfiyyətinin yaxşılaşdırılması və ticarətin həcminin artırılmasının regional ticarət əlaqələrinə müsbət təsir edir. Sənəddə tərəflər onların əraziləri vaistəsilə üçüncü dövlətlərin bazarlarına çıxış imkanlarının əhəmiyyətini vurğulayır.
Həmçinin, gələcəkdə tərəflər rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişinə dair danışıqlara başlamaq imkanının araşdırılmasına zəmin yaradacağını anlayaraq aşağıdakırlarla bağlı razılığa gəliblər:
– gömrük və sərhəd tənzimlənməsi proseslərin sadələşdirilməsi, o cümələdən gömrük nəzarəti və təhlükəsizliyi sistemlərində süni intellektin tətbiqi imkanlarının araşdırılması, milli vahid pəncərə sistemlərinin qarşılıqlı əlaqəliliyinin yaradılması imkanlarının araşdırılması, elektron ticarət standartlarının tətbiq olunması və ya hazırlanması, mal və xidmətlərin rəqəmsal vasitələrlə ticarəti, ixracın təşviqi və asanlaşdırılması platformaları və birgə ticarət portalının yaradılması imkanlarının araşdırılması, rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi kimi məsələləri özündə ehtiva edir.