İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstanda münaqişə tərəflərinə müraciət edib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstanda sülhün qurulması naminə münaqişə tərəflərini hərtərəfli dialoqa çağırıb.
“Anadolu” agentliyinin yaydığı xəbərə görə, bu barədə İƏT-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən fövqəladə iclasının nəticəsinə əsasən yayılan bəyanatda deyilir.
Daimi nümayəndələr səviyyəsində görüş Səudiyyə Ərəbistanının təşəbbüsü ilə çağırılıb.
Rəsmi sənədin müəllifləri həmçinin təşkilatın Əfqanıstanda sülhü, sabitliyi və milli barışığı dəstəkləməsi mesajını çatdırmaq üçün İƏT Baş Katibliyinin yüksək vəzifəli nümayəndə heyətini Əfqanıstana göndərməyi də təklif ediblər.
İƏT Əfqanıstanın yeni administrasiyasını və beynəlxalq ictimaiyyəti ölkənin yenidən terrorçular üçün sığınacaq olmaması üçün səyləri birləşdirməyə çağırıb.