Akardan Qarabağ mesajı: Ermənilərin atəşkəsi pozması…

 

İşğaldan azad edilmiş Qarabağ torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması hallarını və bununla əlaqədar bütün hadisələri yaxından izləyirik.

Bunu açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Azərbaycan və Türkiyənin dövlət başçıları, habelə müdafiə nazirləri səviyyəsində sıx müzakirələrin aparıldığını qeyd edib:

“Ölkə başçıları – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, həmçinin mən və dəyərli müdafiə naziri Zakir Həsənovla gecə-gündüz demədən təmaslarımızı davam etdiririk. Dolayısıyla, azad edilmiş torpaqlarda atəşkəsin pozulması hallarını yaxından müşahidə edirik, tələbimiz və arzumuz isə ondan ibarətdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hallara son qoysun və regiona sülh, əmin-amanlıq gəlsin”.

Hulusi Akar Azərbaycan və Türkiyənin daim sülhün və rifahın təmin edilməsi üçün lazımi addımları atdığını vurğulayıb:

“Bu mənada, qeyd etdiyimiz atəşkəsin pozulması hallarının heç kimə bir faydası yoxdur. Türkiyə olaraq biz dünən də, bu gün də Azərbaycanın yanındayıq və onun haqlı mübarizəsini dəstəkləyirik. Bu dəstəyi sonadək davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın” – nazir əlavə edib./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password