Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələrin siyahısı açıqlanıb

 

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 14650,3 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 9 milyard 259,1 milyon dollarını və ya 63,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 391,2 milyon dollarını (36,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3 milyard 867,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24,7 faiz artıb, real ifadədə isə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalıb.

2021-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artaraq 1162,4 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35,9 faizini İtaliyaya, 15,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,4 faizini Gürcüstana, 4,0 faizini Hindistana, 3,9 faizini İspaniyaya, 3,7 faizini İsrailə, 2,9 faizini Portuqaliyaya, 2,6 faizini Xorvatiyaya, hər biri 2,3 faiz olmaqla Ukrayna və Tunisə, hər biri 1,6 faiz olmaqla Kanada, Birləşmiş Krallıq və Almaniyaya, 1,5 faizini Tailanda, hər biri 1,4 faiz olmaqla Belarus və Çinə, 8,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,7 faiz), Türkiyəyə (26,6 faiz), İsveçrəyə (10,1 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,6 faiz), Çinə (1,8 faiz), Ukraynaya (1,8 faiz), Türkmənistana (1,5 faiz), Qazaxıstana (1,3 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,1 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,9 faizi Çin, 6,3 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,1 faizi Ukrayna, 4,0 faizi İtaliya, 3,4 faizi İran, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,1 faiz olmaqla Belarus, Polşa və Vyetnam, 18,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password