Marşal Rəşid Dostum Əfqanıstana qayıdıb
Əfqanıstanın keçmiş vitse-prezidenti, sovet işğalına və “Taliban” qruplaşmasına qarşı mübarizənin liderlerindən biri, özbək əsilli marşal Əbdül Rəşid Dostum avqustun 10-da Türkiyədən ölkəsinə qayıdıb.
“Aktualinfo.org” xəbər verir ki, məlumatı “tolonews” yayıb.
O, Türkiyədə müalicə alırdı.
Məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Qəni avqustun 11-də ölkənin şimalında yerləşən Bəlx əyalətinə səfər edib. O, Əfqanıstanın şimal əyalətlərində təhlükəsizliklə əlaqədar yaranan vəziyyət fonunda Məzari-Şərif şəhərinə gedib.
Dövlət başçısını təhlükəsizlik və siyasi məsələlər üzrə müşaviri Məhəmməd Mühəqiq və mücahidlərin keçmiş komandanı Cuma Xan Həmdərd müşaiyət edir.
Keçmiş vitse-prezident Əbdül Rəşid Dostum da Prezidentlə görüşmək üçün Məzari-Şərifdədir. Bu şəhərdə Əşrəf Qəni, Əbdül Rəşid Dostum, Bəlx əyalətinin keçmiş icra başçısı Atta Məhəmməd Nur və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə müşavirə keçirilir.
Məlumata görə, ölkənin qərbində yerləşən Nimruz əyalətinin mərkəzi Zaranc, şimaldakı Samanqan əyalətinin mərkəzi Talokan, şimaldakı Tahar əyalətinin paytaxtı Tahar, bu istiqamətdəki Cauzcanın mərkəzi Sar-e-Pol şəhərləri “Taliban”ın nəzarətinə keçib. /report.az/