Pivə – ən məşhur içki

 

Pivə arpa, buğda və ya çovdarın qıcqırdılması yolu ilə əldə edilir. Bir çox hallarda onun qıcqırdılması zamanı şərbətçi otundan da istifadə edilir. Növündən asılı olaraq pivə 3-14* sərtlikdə ola bilir.

Pivə spirtli içkilər arasında ən çox istifadə edilən və ən məşhur içkidir. Onun 1000-dən çox növü var. Onlar bir-birindən rənglərinə, dadlarına, tərkibində olan alkoholun dərəcəsinə və ətrinə görə fərqlənirlər. Hər bir ölkənin özünəməxsus pivə resepti var. Pivənin tarixi çox qədimdir. Taxıl bitkiləri yetişdirilməyə başladığı zamandan pivə istehsal olunmağa başlanılıb. İran ərazisində arxeoloji qazıntılar zamanı bizim eradan 3,5-3,1 əsr əvvəllərə aid olan tapıntılar arasında pivə qalıqlarına rast gəlinib. Qədim Çin əlyazmalarında pivənin hazırlanma qaydasına rast gəlinib. Pivə növlərindən asılı olaraq aşağıdakı cür ola bilir:
* Qatılığı çox olan pivə buğda, arpa, çovdar, qarğıdalı, banan, süd, düyü, bitki qarışımları, kartof və digər tərəvəzlərin qıcqırdılmasından əldə edilir.
* Rəngli pivə qıcqırması zamanı tərkibində şərbətçi otu olan pivədir. Bu cür pivə ağ, qırmızı və tünd rəngdə ola bilir.
* Texnoloji üsullarla qıcqırdılmış pivə aşağı(5-15*C)və ya yuxarı(15-25*C) tempraturda qıcqırdılmış pivədir.
* Sərtliyinə görə pivə alkoholsuz və ya daha sərt ola bilir. Alkoholsuz pivənin tərkibində spirt olmur. Sərt pivənin tərkibində isə spirtin miqdarı 14*- dən artıq olur. Pivənin əmələgəlmə prosesi aşağıdakı sıra ilə davam edir:
1) Taxıl bitkiləri təmizlənir, yuyulub qurudulur.
2) Taxıl üyüdülür və üzərinə su əlavə edilir.
3) Qarışım filtirasiya edilir.
4) Süzülmüş suya xmel, mayaotu və ya şərbətçiotu əlavə edilir.
5) Pivə şəffaflaşdırılır.
6) Əldə olunan maye soyudulur və maya əlavə edilib qıcqırdılır.
7) Maya qalıqları süzülür.
8) Maye pasterizasiya edilir.
9) Saxlama müddətindən asılı olaraq pasterizasiyanın müddəti fərqli olur.
Hazır içki şüşə, plastik və ya metal qablaşdırmalarda satılır. Pivə qədim zamanlarda faydalı içki hesab edilib. Alman professoru Robet Kox az miqdarda pivənin orqanizm üçün faydalı olduğunu qeyd etmişdir. O öz əlyazmalarında pivənin xolera xəstəliyinin yayıldığı zamanlarda çox faydalı olduğunu sübut etmişdir. Robert Kox Avropanın iri şəhərlərində xolera yayıldığı zaman pivə içməyin əhalidə xəstəlik əlamətlərinin azaltdığını qeyd etmişdir. Xolera xəstəliyinin Avropada yayıldığı zaman Robet Kox əhaliyə su əvəzinə pivə içməyi məsləhət görmüşdür. Pivənin tərkibində B1, B, B6, C, H, K vitaminləri, nikotin, limon, fol, pantoten turşuları, kalium, maqnium, fosfor, gümüş, kremin, kalsium və s. mikroelementləri var. Pivənin tərkibində olanlar və təbii yolla qıcqırma prosesi onun ürək-damar sistemi üçün zərərli olmadığını sübut edir. Pivənin tərkibində aliminium olduğuna görə ondan çox istifadə etmək isə Alsheymer xəstəliyinin inkişaf etməsinə səbəb olur.  İsti yay günlərində pivə içmək susuzluğun aradan qalxmasına səbəb olur. Bəzi pivə növlərinin tərkibində qələvi olur. Bu cür pivə növləri böyrək daşlarının tökülməsinə səbəb olur. Bu növ pivə bağırsaq mikroflorasının normallaşmasına səbəb olur. O bağırsağa antibiotik təsiri bağışlayır. Pivə bağırsaq möhtəviyyatının yumşalmasına səbəb olur, orqanizmə sidikqovucu təsir bağışlayır. Tərkibində çoxlu miqdarda B qrup vitaminləri olduğuna görə pivə dəri toxumasına müsbət təsir bağışlayır. Pivə maskası dəridə qırışları açır, dərini elastik, ipək kimi və möhkəm edir. O dəridəki yağlığı azaldır, qan dövranını yaxşılaşdırır. Pivə ilə saçları yumaq kəpəyin aradan qalxmasına və saçların parıldamasına səbəb olur.
Pivənin zərərli xüsusiyyətləri
Həddindən çox pivə içmək pivə asılılığına səbəb olur. Davamlı olaraq pivə içmək vena damarlarının və ürəyin işini artırır. Bu isə ürək əzələsinin sıxılmasına və mədəciklərin qanı yaxşı ötürməməsinə səbəb olur. Pivə orqanizmdə qadın hormonlarının artmasına səbəb olur. Mütəmadi olaraq pivə içmək kişilərin fiqurasının qadın fiqurasına bənzəməsinə səbəb ola bilir. Daima tərkibində xmel olan pivə qəbul etmək orqanizmə sakitləşdirici təsir bağışlayır. Hamilə, uşaqəmizdirən qadınlara və 18 yaşınadək uşaqlara pivə içmək məsləhət görülmür.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password