Lənkəran polisi zərərçəkmişlərin deyil, dələduz həkim dəstəsinin müdafiəsinə qalxıb

 

Lənkəran  rayonu, Mamusta kənd sakini Vəliyeva Qızvəst Mirahil qızı tərəfindən Azərbaycan Respublikasının Prezidentim İlham Əliyevə və bir sıra aidiyyatı qurumların rəhbərlərinə Lənkəran rayon Mamusta kənd xəstəxanasının baş həkim və işçiləri tərəfindən 29 kənd sakinin (o cümlədən şəhid ailəsinin 12100 manat pulunu) pensiya və işə düzəlmək adı altında bizdən aldıqları cəmi 52800 manat pulun geri qaytarılmaması üçün baş həkim Şakir dostu hesab etdiyi deputat Ziyafət Əsgərovun köməkliyi ilə mənim barəmdə Lənkəran Polis Şöbəsində başlanmış cinayət işinin dələduz dəstəyə deyil, mən zərərçəkənə yönəldilməsinin dərhal qarşısının alınması barədə müraciət ünvanlanıb.

Aktualinfo.org-un da elektron poçtuna ictimailəşdirilməsi məqsədi ilə daxil olmuş sözügedən müraciətdə Qızvəst Vəliyeva yazır:

Xatırladım  ki, Mamusta kənd xəstəxanasında işləyən əmim qızı olan Abbasova Gülbahar Xahəsən qızı mənə bildirdi ki, o rəhmətlik Rövşən Lənkəranskinin anası Hacıxanım ananın yanında katibə kimi də işləyirmiş. Onun köməkliyilə atanın, əminin və diggər tanıdığın adamların əlillik pensiyasına çıxmaq, işə düzəlmək kimi problemlərini çox asan həll edə bilir. İlk növbədə atam Mirahilin ciddi xəstəliyinə görə onunla 2000 manata danışdım. Və əvvəlcə 1000 manat, daha sonra da 1000 manat verdim. Sonra qardaşım Əhmədağanın da pulunu ürək xəstəliyindən pensiyaya çıxmağa görə verdik. Sonra bacım Mirvarinin də beləcə pulunu verdik. Gülbahar bu pulları işlədiyi xəstəxanada baş həkim Şakirə, Talehə və Könülə verərək işi düzəldəcəyini bildirmişdi. Beləliklə bütün ciddi xəstə olan qohum-əqrəbadan –cəmi 29 nəfərdən əlillik pensiyası və iş düzəltmək adı ilə mənim yanımda Gülbahara cəmi 52800 manat pul verdik. Lakin aradan 8 ay keçdi. O əvvəlcə izah etdi ki. baş həkim sənədləri təsdiq etdirmək üçün yuxarılara verib. Amma koronavirus vaxtı olduğuna görə işlər uzanır. İşi belə görüb əvvəlcə Hacıxanımın evinə getdim. Dedilər hacıxanım ana 1 il  6 aydır ki, burada yaşamır, Bakıda olur. Ona görə də Polis Şöbəsinə gəlib şikayət ərizəsi verdim. DİN-nin 102 xidmətinə də bu barədə şikayət etmişdim. İşə əvvəlcə Elvin adl müstəntiq baxırdı. Sonra o heç bir tədbir görmədiyindən işi ondan alıb başqasına verdilər. Düz  3 aydır ki, Lənkəran Polis Şöbəsi mənə heç bir cavab vermirdi. Amma bir dəfə polisdə olanda polislər Gülbahar haqqında dedilr ki, o adam öz evindən oğurluq etdiyinə görə də izahatı alınıb. Gülbaharla mənim aramda çoxsaylı SMS yazışmalar var ki, pulun alınması, kimə verilməsi hamısı olsa da polis buna əhəmiyyət vermirdi. Məsələn şəhid ailəsi var ki, onlardan 12100 manat pul alınmış idi kı, oğlunu yaxşı işə düzəltmək adıilə. Amma sonra həmin oğlu müharibədə şəhid oldu. Heç onun da pulunu insafları olub qaytarmırlar ki, ailə onsuz da bədbəxt olub. Bu gün bütün ziyana düşən qohum-əqrəba deyir ki, Qızvəst biz bilirik ki, burda sənlik bir şey yoxdur. Biz sənin yanında pulu Gülbahara vermişik. O da aydın olub ki, yaşadığı evi Gülbahar supper təmir etdirib, qalan pulları da baş həkim Şakr və Talehlə bölüblər. Sən şikayət et biz hamılıqla səni müdafiə edəcəyik, şahid ifadəsi verəcəyik. Qorxma. Bir tərəfdən polisin xəstəxananın baş həkimi Şakiri, Gülbaharı izahat vermək üçün dəvət etməsindən sonra onlar məni xəstəxanaya çağırıb hədə-qorxu gəlməyə başladılar. Gülbahar dedi ki, əgər bir də Şakirin, Talehin, Könülün adını polisə versən sənin uşağın 1 iynənin qurbanı olacqdır. Heç bilməyəcəksən hansı həkimin əlilə olub. Mən bu hədləmələr haqqında Lənkəran polis Şöbəsinə, İcra Hakimiyyətinə, ərazi kənd nümayəndəsinə, DTX-ya müraciətlər etmişəm. Təkcə İcra hakimiyyətinin hüquqşünası yazır ki, get Lənkəran ŞPŞ-nə  və ya Lənkəran Prokurorluğuna müraciət et. Bundan sonra baş həkim Şakir məni öz otağına çağıraraq hədə-qorxu gəldi ki, Talehin adını çəksən o səni məhkəməyə və prokurorluğa verəcək.O məni həkim Talehin yanına apararaq səsimi gizli yazdı və şərlədi. Gülbahar isə mənə ayrıca narkoman dayısıilə hədlədi ki, səni məhv etdirərəm. Mən hazırda 5yaşlı  xəstə oğlumla 113 manat pulun ümidilə yaşayırıq. Camaatın pulunu mən qaytara bilmərəm.

Bizə sonradan o da məlum oldu ki, Gülbahar xəstəxana işçilərinin hərəsinə 300-700 manat paylayaraq guya bu pulların Mehriban Əliyevanın Fondu və deputata Qənirə Paşayevanın Fondu tərəfindən göndərildiyini bildirdi. Halbuki bu pullar bizlərdən dləduzluq edilərək yığılmışdı.

Mənim və yaxın qohmlarımın atamın, qardaşımın, bacıın və digər qohum tanışlarımdan xəstəliklə bağlı əlillik dərəcəsinin alınması üçün ayrı ayrı vaxtda əmimqızı olan xəstxana işçisi olmuş Gülbahara verdiyim cəmi 52000 manat pulun geri qaytarılması ilə bağlı verdiyim şikayətlərdən sonra  xəsətxananın dələduz həkim dəstəsilə bağlı yeni müstəntiq tərəfindən fevral-iyul ayınadək istintaq araşdırmaları aparıldı. Məni dəfələrlə Gülbaharla üzləşdirdilər. Bütün səs yazıları və votsap yazıları araşdırıldı. Təsdiq edildi ki, Gülbahar ayrı-ayrı vətəndaşların mənim yanımda Gülbahara əlillik dərəsi düzəldilməsi üçün aldığı pulların hamısını baş həkim Şakir və Taleh həkimə vermişdir. İstintaqın gedişi arasında Gülbahar yaxın qohumlarına bildirmişdi ki, əgər onu həbsə atsalar Baş həkim Şakiri də Talehi də onu pul yığmağa təhrik etmələrini deyəcək onları ələ verəcəkdir. İstintaqın gedişindən naraht olan Şakir vəTaleh həkim sonda ifşa olunmamalrı üçün  özlərinə dost bildikləri, seçkilər zamanı yaxından hər cür kömək etdikləri deputat Ziyafət Əsgərovdan xahiş etmişlər ki, Lənkəran Polis rəisinə xahiş etsin ki, başlanmış cinayət işini mənim üzərimə yönəltsin. Budur, nəhayət mənim barəmdə CM-nin 178.32 maddəsi üzrə cinayət işi açıb polisin nəzarətinə verdilər.  Lakin işi aparan müstəntiq Elvin hjər dəfə məndən və digər zərərçəkmişlrdən izahat alanda deyirdi ki, Qızvəst narahat olma, bütün sübutlar və aktlar Gülbaharın üzərindədir. Yəni təqdim etdiyim səsə yazıları və votsap yazışmaları, zərəçəkənlərin verdikləri izahatlar və s. Hamısı Gülbaharın dələduzluq etdiyini sübut edir. Lakin çox təəssüf ki, 23 iyulda məni təcili olaraq Polis Şöbəsinə dəvət edib yandan fotomu çəkdilər və barmaq izlərimi götürdülülər. İndi mənə aydın olur ki, aparılan istintaq işini 180 dərəcə çevirərərək işi mənim üstümə yönəldiblər ki, göndərsinlər məhkəməyə. Deməli, Şakir həkim dostuna və pulu hesabına istintaqda ədalətsiz qərar qəbul olunmasına nail olmuşdur. O zaman mənim şikayətimdən sonra Lənkəran Polisində son 10 ayda aparılan istintaq işinə nə ehtiyac vardı? Onu da bildirim ki, təkcə mənim atamı istintaq zamanı zərəçəkən kimi qeydə alıblar. Qardaşım, bacımı və digər qohumlarımı isə iş materiallarından kənarlaşdırıblar. Bizim ailənin bütövlükdə mən də daxil zərərçəkən kimi qeydə almasınlar ki, mənə qarşı asanlıqla cinayət işi başlayabilsinlər. Yəni polis burada əl yeri qoyub ki, dələduz həkim dəstəsilə gizli sövdələşmə baş tutacağı halda Lənkəran polisi cinayətkarları müdafiə edəcəkdir. Bu da sübut olundu.

Mən və digər zərəçəknlər Lənkəran Polis Şöbəsində aparılan saxta istintaq işinə öz etriazımızı bildiririk və gizli yazılan ittiham aktına da etiraz edir və ilkin  istintaqın yenidən aparılmasını daha savadlı, müstəqil, təcrübəli, nəfsi təmiz müstəntiqə həvalə edilməsini və işin ədalətli aparılmasını çox hörmətli Prezidentdən çox xahiş edirik ki, əlillik pensiyasına çıxmaq və işə düzəlmək adı altında biz əlacsız, xəstə və şəhid ailəsi olan Lənkəran rayonun Mamusta  kənd sakinlərindən kənd xəstəxana işçiləri – Gülbahar, Şakir, Taleh və Könül adlı şəxslər tərəfindən aldadılaraq əlimizdən alınmış cəmi 52800 manat pulumuzun qaytarılması üçün ( bu pulun 12100 manatı şəhid ailəsinindir) şəxsi nəzarətiniz altında aidiyyatı dövlət orqanlarına göstəriş verəsiniz.

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password