Büdcəyə ən çox ödəniş edən dövlət qurumlarının adları açıqlandı

 

2021-ci ilin birinci yarımilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 342 000 000 manat vəsait daxil olub.

Maliyyə Nazirliyindən verilən xəbərə görə, bu rəqəm proqnoza nisbətən 851 600 000 manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336 700 000 manat  və ya 8,4 faiz çoxdur.

Həmin vəsaitin 73,1 faizi və yaxud 3 175 300 000 manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276 200 000 manat və ya 9,5 faiz çox olub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 038 200 000 manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 259 700 000 manat və ya 14,6 faiz,  2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18 400 000 manat və ya 0,9 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 696 700 000 manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1 403 200 000 manat (23 faiz) az vəsait daxil olub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7 300 000 manat vəsait daxil olmaqla proqnoza 135,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 700 000 manat və ya 1,6 dəfə çox olub. Özəlləşmədən (dövlət əmlakının satışından) daxilolmalar 32 300 000 manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 31 700 000 manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 276 400 000 manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 000 000 manat və ya 3,8 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 154 400 000 manat vəsait daxil olub ki, bu da proqnoza qarşı 121 400 000 manat və ya 4,7 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 102 800 000 manat və ya 3 dəfə çoxdur.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 000 000 manat vəsait transfert olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password