Lavrov: Rusiya Əfqanıstandakı proseslərə qarışmayacaq

 

Əfqanıstanda baş verən proseslər bizi yalnız müttəfiqlərimizin ərazilərindəki problemlərin yayılması baxımından narahat edir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, Talibanın İran və Tacikistan sərhədlərindəki nəzarət nöqtələrini ələ keçirdiyini bildirib:

“Proseslər Əfqanıstan ərazisində gedəcəyi təqdirdə Rusiya heç bir şey etməyəcək. Əfqanıstanın dəstəklədiyi siyasi prosesin ən qısa müddətdə başlaması üçün şifahi çağırışlarımızı təkrarlamaqdan başqa heç bir addım atmayacağıq”, – Lavrov bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password