“Taliban” Əfqanıstanda onlarla rayon mərkəzini ələ keçirib – Pentaqon
“Taliban” radikal hərəkatı Əfqanıstanda onlarla rayon mərkəzinə nəzarəti ələ keçirib.
“TASS”-ın verdiyi məlumata görə, bunu Pentaqoun mətbuat katibi Con Kirbi jurnalistlər üçün keçirilən mütəmadi brifinqdə Əfqanıstandakı hazırkı vəziyyətlə bağlı açıqlamasında deyib.
C.Kirbi bildirib: “Taliblər onlarla rayon mərkəzlərini ələ keçiriblər, bu doğrudur. Biz hesab edirik ki, onlar əyalət mərkəzlərini də əl keçirmək istəyəcəklər”.
Onun sözlərinə görə, ABŞ hesab edir ki, Əfqanıstanda vəziyyət yalnız siyasi yolla nizamlanmalıdır: “Bu müharibənin siyasi həllinə dair danışıqlarda israr etməyə davam etmək bizim üçün vacibdir. Bu, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması və “Taliban”ın bu ölkədəki nüfuzunun artması fonunda xüsusilə vacibdir”.
C.Kirbi hesab edir ki, Əfqanıstanın Silahlı Qüvvələri “Taliban”la mübarizə üçün bütün imkanalara sahibdir.
“Taliban” radikal hərəkatının üzvləri Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər. “Associated Press” agentliyinəverdiyi məlumata görə, bu barədə özünün “Twitter” səhifəsində “Taliban”ın nümayəndəsi yazıb.
Qeyd edək ki, sözügedən nəzarət-buraxılış məntəqəsi Herat əyalətinin İslam Qala şəhərində yerləşir.
İran KİV-ləri, öz nəvbələrində, bildirirlər ki, şəhərdəki Əfqanıstan hərbçiləri mövqelərini tərk edərək sığınacaq üçün İrana üz tutublar.
Xatırladaq ki, daha əvvəl “Taliban” üzvləri Əfqanıstanın Tacikistan və Özbəkistanla sərhədi yaxınlığındakı mövqeləri də ələ keçirib.