“Ölkədə AZAL-ı tənqid etməyən bir tək Cahangir Əsgərovun özü qalıb” – İqtisadçı ekspert

 

Ölkədə AZAL-ı tənqid etməyən bir tək Cahangir Əsgərovun özü qalıb, amma yenə də heç bir dəyişiklik yoxdur və biletlər bahadır İnhisarçılıq isə davam edir.

Bu fikirləri açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. O bildirib ki,  AZAL-la bağlı qəti qərarlar verilməsə də, ən azından ölkə daxilində rəqabətli mühit yaratmaq lazımdır ki, qurum qiymətləri endirməyə məcbur qalsın.

Bəs bunu necə etmək olar?

Natiq Cəfərlinin sözlərinə görə, Lənkəran Hava Limanının tikintisinə 51,5 milyon dollar (indiki məzənnə ilə 87 mln. manata yaxın) pul xərclənib. Amma Hava Limanı demək olar ki, işləmir: “Hər il Hava Limanının kommunal xərclərinə və işçilərin maaşına 5 milyon manata yaxın pul ödənilir. İndi təsəvvür edin ki, Lənkəran Hava Limanı AZAL-ın idarəçiliyindən tam çıxarılır, xarici şirkətlərdən birinə verilir. Ən vacibi isə odur ki, uçuşların təşkili və icazələrin verilməsi AZAL-dan ayrılır. AZAL rəhbərliyinin uçuş cədvəlinə və təşkilinə heç bir müdaxiləsi olmur. Nəticədə Lənkəran Hava Limanına bir neçə şirkət cəlb edilir, ilkin mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil olunur. Qiymətlər isə Bakı Hava Limanından ən azı 2 dəfə ucuz olur. Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərinin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək. Yəni iqtisadi rəqabətlə AZAL-a çəki-düzən vermək mümkündür”.

Oxu.az - Natiq Cəfərli həbs olundu

Natiq Cəfərlinin sözlərinə görə, eyni yanaşmanı Qəbələ, Gəncə, Zaqatala, o cümlədən payızda açılacaq Füzuli Hava Limanlarında da təşkil etmək olar: “Yəni beynəlxalq rəqabətə qısqanclıqla yanaşan AZAL rəhbərliyi heç olmasa daxili rəqabətə imkan yarada bilər. Bu yolla regionlarda tikilən, büdcədən ayrılan on milyonlarla manata başa gələn, uzun illərdir boş, işsiz qalan hava limanlarını iqtisadiyyatımıza qazandırmış olarıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password