Prezident 44 günlük savaşın məşhur generallarını təltif etdi

 

Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif edilənlər arasında 4 general da var:

Hikmət İzzət oğlu Mirzəyev – general-leytenant

Zaur Sabir oğlu Cavanşir – general-mayor

Vasif Ramiz oğlu Kazımov – general-mayor

İlqar Zakir oğlu Lətifov – general-mayor.

Prezidentin imzaladığı digər sərəncamlarla isə general-leytenant Əfqan Vəli oğlu Nağıyev, general-leytenant Heydər Kamal oğlu Piriyev, general-leytenant Ramiz Firudin oğlu Tahirov, general-mayor Rasim Məmmədəli oğlu Əliyev və general-mayor Vasif Ramiz oğlu Kazımov “Füzulinin azad olunmasına görə”, general-leytenant Araz Məmməd oğlu Məmmədov və general-mayor Azər Oqtay oğlu İbrahimov “Zəngilanın azad olunmasına görə”, general-mayor Zaur Sabir oğlu Cavanşir, general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev, general-mayor Rasim Məmmədəli oğlu Əliyev, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov “Qubadlının azad olunmasına görə”, general-leytenant Ramiz Firudin oğlu Tahirov, general-mayor Azər Oqtay oğlu İbrahimov “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password