“Paşinyan revanşdan danışsa da, onu istəmir” – Arzu Nağıyev

 

“Koçaryan millətçi radikallarla koalisiya yaratdı və siyasi şüar kimi “Qarabağı azad etmək” ideyasını ortaya atdı. Bu ideyanı öz oğullarını, yaxınlarını müharibədə itirmiş erməni vətəndaşı təbii ki, dəstəkləmədi. Nə qədər çalışsalar da, Paşinyanı satqın və təslimçi kimi qabarda bilməyən sabiqlər, özləri məğlub oldular”.

Bu sözləri millət vəkili Arzu Nağıyev deyib.

O, bildirib ki, Koçaryan və Sarkisyanın torpaqları qaytarcaqları ilə bağlı sərsəm açıqlamaları sonda siyasi və diplomatik yollara dirəndi:

“Xalq yeni müharibə istəmir. Həll olunmayan daha vacib məsələlər var. Paşinyan hakimiyyəti sərhədlərin demilitasiya və demarkasiya məsələsini davam etdirəcək, mina xəritələri ilə bağlı məsələlərə də aydınlıq gətirilməlidir. Zəngəzur dəhlizinin açılması məsələsi artıq tək Paşinyandan asılı deyil. Paşinyan revanşdan danışsa da, onu istəmir və sülhə daha çox üstünlük verir.

Ermənistan həm də dərk etməlidir ki, 2025-ci ildə mandatı bitəcək və birtərəfli şəkildə Azərbaycan tərəfindən veto hüququ ilə çıxarıla biləcək sülhməramlılar ərazidən gedə bilər. Onda Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər şəhər və qəsəbələrin təhlükəsizliyinin zəmanətini Azərbaycandan başqa heç kim verə bilməz. Bunu tək ermənilər deyil, onların havadarları da başa düşməlidirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password