Ermənilər Azərbaycanla necə yaşamaq istədiklərini seçdilər – Mixaylov


Ermənistanda sağlam düşüncə qalib gəldi. Çünki Nikol Paşinyanın partiyasına səs verən erməni xalqı öz ölkəsini bu keçid dövründə sülh və sabitliyə aparmaq istəyir.

Bu sözləri rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

Oxu.az - Yevgeni Mixaylov: “Ermənistan istənilən ərazi iddiasını unuda  bilər”

Onun sözlərinə görə, erməni xalqı başa düşür ki, onların ölkəsi “revanşizm” ideyasını və millətçilik cəhdlərini unutmalıdır:

“Paşinyana etimad krediti verildi. İndi o, dinc və firavan ölkə yaratmalıdır. Demək ki, erməni milləti Azərbaycan və Türkiyə ilə sülh şəraitində olacaq bir ölkədə yaşamaq istəyir. Bütün sərhədlərin açılmasına nail olacaq bir ölkədə. Bütün dünyada normal hesab ediləcək bir ölkədə. Dünən Ermənistanda keçirilən seçki bütün regiona və Ermənistanın özünə sabahkı gün üçün şans verdi. Bu seçkilərin nəticələri Ermənistanı dövlət kimi qoruyub saxlaya bilər. Bundan başqa, bu, Ermənistanı iqtisadi cəhətdən inkişaf etdirməyə imkan verəcək”, – deyə ekspert qeyd edib./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password