Kamran Süleymanov Şəkidəki ədalətsiz əməllərini Oğuz məhkəməsində də davam etdirir

 

Bir müddət əvvəl dövrü mətbuatda Oğuz rayon sakini Elşən Hüseynovun sözügedən rayonda meşələrin kütləvi şəkildə qırılması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciəti yayılmışdı. Sözügedən müraciətdə şikayətçi Oğuz rayon Meşə Təsəsrrüfat İdarəsi müdirinin əmrlərini yerinə yetirərək ağac kəsdiyinə görə barəsində cinayət işi açıldığını, qanunsuz yerə cərimələndiyini bildirirdi. Elşən Hüseynovun Aktualinfo.org-a ünvanladığı son müraciətdə isə Oğuz rayon Məhkəməsinin hakimi Kamran Süleymanovun rayonun Meşə İdarəsi müdiri Kənan Fətəliyevlə əlbir olaraq iki xəstə uşaq atasına qarşı atdıqları vicdansızcasına əməllərdən bəhs edir.

O yazır ki, ilkin istintaq zamanı verdiyim izahata əlavə və düşəliş etmək istəyir və kəsdiyimiz 29 ağacın dəyərləndirilməsinə etirazımı bildirmək istəyirəm. Belə ki. izahatda qeyd etmişdim ki, evimin damının təmiri üçün fısdıq ağaclarını qırmağa məcbur olmuşam.Sonra qeyd ediim ki, 1 həftədən sonra gəlib 10 ağacı 62 sm və 1 m olmaqla kötük formada doğramışıq. Yəni müstəntiq bilməli idi ki, bu ağaclar dam üçün yox, parket üçün belə doğranıb. Yazmışıq ki, 29 ağacı günorta motopila ilə səsküylə kəsmişik. Sual olunur-kim risk edib günorta meşədə ağac kəsə bilər?Bu yalnız meşə rəhbərliyinin icazəsi ilə mümkün ola bilər. Bəli, 16 noyabr 2020-ci ildə yəni, ağacları kəsdiyim gündən 1-2 gün əvvəl Oğuz rayon Meşə İdarəsi müdiri Kənan adlı şəxs mənim 070-5698384 nömrəli telefonuma zəng edərək parolla bildirdi ki, Elşən sabah 60 dənə “quçiyi” (ağac nəzərdə tutur) böyrü üstə qoyursan. Əvəzində pulunu alacaqsan.Mən razılaşdım. 24 noyabrda isə bizi polislər tutanda kənddəki evimə gələn Kənan dil-ağız etdi, yalvardı ki, istintaqa mənim adımı çəkmə. And içdirdi ki, iki xəstə uşağımın canı haqqı adımı çəkməyəcəksən ki, sifarişi Kənan verib. Söz verdi ki, işi məhkəmədə qurtaracaq. Mən də söz verdim ki, ağac kəsimini öz boynuma götürəcəm. İndi məhkəmə başlayıb. Kənan isə telefonu açmır, söndürür, cavab vermir. Yaxın gəlmir.İndi məni pis vəziyyətə salıb. İzahatda göstərmişdim ki. ağac qırdığımız yerə maşın getmir. Gərək biz traktor gətirib dağ yuxarı yol açmalı idik  750 metr met məsafəyə. Müstəntiq isə sual vermir ki, 1 evin damı üçün bu qədər xərc çəkməyə dəyərmi? Axı bu yol çəkilişi həqiqətən çoxlu xərc tələb edir. Və mənim kimi sadə adamlar 750 m məsafəyə 4000 manat verib traktorla yol açdırmğa heç vaxt maddi imkanımız ola bilməzdi. Bu işi də Oğuz rayon Meşə müdiri Kənan planlaşdırmışdı. O bizi qabağa verməklə traktorla heç vaxt qırılmayan yerə yol açmalı və bizim kəsdiyimiz, və yerdə qalan çoxsaylı iri həcmli ağacların qırılaraq daşınması üçün belə yaramaz planı həyata keçirmək istəyirdi.   Hesab edirəm ki, Kənan bizimlə gizli razılaşmamızı pozduğuna görə biz də öz növbəmizdə pozuruq.  Digər tərədən faktiki 28 olan, lakin sənəddə  29 fısdıq ağacına görə bizə 8400 manat cəriməni də qərəzli yazıblar.Çünki əvvələcə meşə mütəxəssisləri 2500 manat cərimə yazdılar. Sonra isə Meşə Təsərrüfat mərkəzinin müdirinin göstərişilə bu rəqəmi 8400 etdilər.  Bildirək ki, Oğuz rayonun Muxas meşəliyində də orta diametrli palıd və fısdıq ağclarının kəsiminə görə 70 akt tərtib ediblər cəmi 1250 manat cərimə yazıblar. Calud meşəsində kəsilən 300-dən çox palıd və fıstığa görə də çox az cərimə yazıblar. Və bu məsələdə birbaşa günahkar olan Kanan Fətəliyevə 13 iyun 2021-ci ildə rəsmən şiddətli töhmət verilmişdir. Mənim əvvəl etdiyim şikayətdən sonra hakim Kamran Süleymanov əvvəlcə bildirdi ki, məsləyə yenidən baxılmalı və araşdırma aparılmalıdır. Iddiaçı tərəfin nümayəndəsi olan hüquqşünas Araz Xudiyev məni müdafiə edərək prosesdə bildirdi ki, Elşən Hüseynov bu ağacları özbaşına yox, idarədən kiminsə göstərişi əsasında kəsməsi real görünür.   Onun bu etirafına görə növbəti məhkəməyə İdarə rəisi Alim Əlizadə onun etibarnaməsini ləğv etdi və aid olmayan digər şəxsi məhkəməyə müdafiə üçün göndərdi.

Məhkəmə prosesinə şahid qismində cəlb edilmiş, hazırda Oğuzun Tərkeş kəndində yaşayan Cəlal adlı traktorçu  da etiraf etmişdir ki, məni meşəyə yol açmağa Elşən yox, meşə idarəsindən göndəriblər. Mən də arxayınlıqla gedib dağda ağaclar kəsilən istiqamətdə yol açmağa başlamışdım.

Mən də hakim Kamran Süleymanova şifahi olaraq vəsatət verdim ki, kəsintidən 4 gün əvvələ olan mənimlə Kənan Fətəliyev arasında olan telefon danışığının mətni mobil opertordan məhkəmə qaydasında alınıb iş materialına daxil edilsin. Bu arada nə baş verdisə sonuncu məhkəmə prosesində hakim mövqeyini 180 dərəcə dəyişdirərək  mənə dedi ki, sən sübut ortay qoymalısan. Vəssəlam. Hakim artıq traktorçinin etirafını, qarşı trəfin  hüquqşunasının etiraflarını nəzərə almır və mənim telefon danışıqlarının yazısının təqdim edilməsilə bağlı vəsatətimi də təmin etmək istəmir. Bir sözlə, hakim qarşı tərəfin rəhbərliyilə gizli sövdələşmələr etmiş və nəyinsə müqabilində məni son prosedə cəzalandırmağa söz vermişdir. Onu da xatırladım ki, 8 il Şəki məhkəməsinin hakimi olmuş Kamran Süleymanov məhz ədalətsiz məhkəmə qərar və qətnamələrinə görə vaxtından əvvəl işdən çıxarılmış, Oğuz rayonuna cəza olaraq göndərilmişdir.

Mən də qəti olaraq bildiriəm ki, ədalətli nəticəyə gəlmək üçün yuxarıda sadaladığım faktları ört basdır etməyə çalışmaqla sonda ədalətsiz qərar qəbul edəcək hakimə ETİRAZ edirəm .

 Qeyd etdiyim məsələnin araşdırılması üçün ilk növbədə ağacların kəsimini öz mobil telefonu ilə mənə sifariş etmiş meşə müdiri Kənan kəsimdən 2 gün əvvəlki səs yazısını mobil operatordan alınaraq iş materialına sübut kimi əlavə etmək zəruriyyəti yarandığından məhkəmə xahişimi nəzərə almırsa, və  araşdırmanın aparılması üçün iş materiallarını ilkin istintaqa qaytarması barədə 31 mart 2021-ci il tarixli yazılı ərizəmə heç bir münasibət bildirmirsə şəxsən mənə belə ədalətsiz hakimi  işimə baxmasına etiraz edir və xahiş edirəm başqa ədalətli və vicdanlı hakimlə əvəz edilməsinə göstəriş verəsiniz.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password