Ərdoğan-Bayden görüşündən gözləntilər: Türkiyənin xarici siyasətində dəyişikliklər nəyə hesablanıb?

 

“Yəqin hər kəs fərqindədir ki, cənab Ərdoğan xeyli vaxtdır əvvəlki meydan oxumalara (“Eyy…”) son verib. Bunun iki səbəbi var: birincisi, aqressiv ritorika və xarici siyasət nəticəsində Türkiyənin bölgədə təklənməsi; ikincisi, ölkədə iqtisadi böhranın dərinləşməsi. Bu səbəbdən Türkiyə hökuməti bu ilin əvvəlindən öz xarici siyasətinə korrektələr etmək istiqamətində fəaliyyətə başlayıb.

Bu fikirləri açıqlamasında politoloq Şahin Cəfərli səsləbdirib. O bildirib ki, prezident Ərdoğan Türkiyə ənənəvi mediasında gizlədilən və “Sevgili Emmanuel” xitabı ilə başlayan məktubundan sonra prezident Makronun kurs yoldaşını Fransaya səfir göndərməklə Parislə əlaqələrə nə qədər önəm verdiyini göstərib: “Bu günlərdə fransalı həmkarı ilə görüşən Mövlud Çavuşoğlu iki ölkənin müxtəlif coğrafiyalarda, məsələn, Afrikada, Cənubi Qafqazda bərabər hərəkət edə biləcəyini söyləyib. Bu, maraqlı və cazibəli (o cümlədən Azərbaycan üçün) ideyadır, çünki Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan ikitərəfli əlaqələrinin Rusiyasız qurulması və inkişafında Paris mühüm rol oynaya bilər. Heç şübhəsiz ki, ABŞ-la münasibətlərdə bütün problemlər həll olunmasa belə, ən azından stabillik yaratmaq və qarşılıqlı anlayışa nail olmaq bu mərhələdə Türkiyə üçün kritik əhəmiyyətə malikdir”.

Şahin Cəfərli

Şahin Cəfərli əlavə edib ki, ABŞ hökuməti “S-400”ün Türkiyə xaricinə çıxarılmasında israrlıdır: “Lakin Türkiyə iqtidar mediası “S-400” məsələsini milli suverenlik simvoluna çevirdiyi üçün bu məqamda geri addım atmaq Ərdoğan üçün asan deyil. Türkiyə də öz növbəsində terror təşkilatı hesab etdiyi PYD-YPG qruplaşmasına ABŞ-ın fəal dəstəyini özünün milli təhlükəsizlik maraqları baxımından təhdid kimi qəbul edir. Kürd məsələsində ayrılan Vaşinqton və Ankaranı İdlib məsələsi birləşdirir. Kabil hava limanı Türk ordusunun mühafizəsinə verilir, Türkiyə Ukraynadan sonra bölgədə Rusiyanın daha bir düşməni, ABŞ-ın Avropadakı ən sadiq müttəfiqi – Polşaya da zərbə dronları göndərir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password