Putin-Bayden görüşü nəticəsiz qalacaq – Politoloq

 

“ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş dünyaya yenidən baxış, dünyanı bölmək baxımından savaşın təzahürüdür”.

Bunu Putin-Bayden görüşünü şərh edərkən  politoloq Rüstəm Məmmədov bildirib.

Politoloq xatırladıb ki, ABŞ son illər bir sıra yerlərdə öz mövqelərini itirib:

“Rusiya isə əksinə öz mövqelərini gücləndirib. Odur ki, görüş zamanı ABŞ tərəfi Rusiyanın geri çəkilməsinə çalışacaq. ABŞ Rusiyanın mövqeyinə xələl gətirmək istəyir. Rusiya isə başını aşağı dikərək ancaq irəli getmək barəsində düşünür. Reallıq budur ki, Rusiyanı dayandırmaq istəyirlər. Rusiyanı dayandıran yoxdur. Tramp hökumətinin Rusiya ilə əlaqəsi yox idi. Odur ki, indi Bayden hökuməti qaynar siyasətini başa çatdırmağa çalışır, məqsədli və sistemli sürətdə anti-Rusiya siyasəti yeridir”.

Rüstəm Məmmədov qeyd edib ki, Bayden-Putinin ehtimal olunan Avropa görüşündə nəticə əldə olunmayacaq:

“Dünyada sakitlik olmayacaq. Rusiya dayanan deyil, dediyini etməyə, inamla addımlamağa çalışacaq. Putin siyasətinin mahiyyəti budur. Odur ki, bu görüşün real mahiyyəti olmayacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password