Çavuşoğludan açıqlama: “İsrailin yeni hökuməti…”
“İsraildə kimlərin hökumət quracağı yox, yeni hökumətin hansı siyasəti yürüdəcəyi önəmlidir”.
Bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“İsraildə hansı hökumət olur-olsun, bizimlə sağlam münasibətləri davam etdirməsi üçün yanlış siyasətdən imtina etməsi lazımdır. Fələstinə hücumları dayandırmalıdır. Eyni zamanda, ikitərəfli həll yolunu keçən addımları dayandırmalıdır. Sülh prosesinə yenuidən qayıtması lazımdır”, – Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, İsrail bu siyasətini davam etdiriyi vaxta qədər sağlam münasibətlər qurmaq mümkün olmayacaq.