Paşinyan azərbaycanlıların Ermənistana gəlişində heç bir problem görmür
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkə vətəndaşlarını Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, habelə regional yolların və kommunikasiyaların açılmasından qorxmamağa çağırıb.
O? deyib ki, bu yollar Ermənistan iqtisadiyyatı üçün Gürcüstan və İranla olan magistrallar qədər önəmlidir.
“Bu yollarla əcnəbilərin, məsələn azərbaycanlıların hərəkət etməsi problemdirmi? Siz bilirsiniz, İranın şimalında və Gürcüstanla sərhəddə azərbaycanlılar yaşayır. Ermənistana çoxsayda azərbaycanlılar səfər edir. Bu gün də vəziyyət belədir, hərçənd bu barədə açıq şəkildə danışılmır. Ötən 30 ildə də və elə həmişə də belə olub”, -deyə Paşinyan Ararat vilayətinin Aparan şəhərində sakinlərlə görüş zamanı qeyd edib.
Onun sözlərinə görə, Moskvada imzalanmış 9 yanvar 2021-ci il tarixli uçtərəfli razılaşmaya əsasən, ilk növbədə SSRİ dövründə mövcud olan dəmiryolları şəbəkəsi bərpa olunacaq. Avtomobil yollarının açılması məsələsi isə sonradan həll ediləcək./oxu.az