Naxçıvanda canavar sürüsü şagirdlərə hücum etdi – Yaralılar var
Naxşıvanda, Ordubad rayonunun Əylis kəndində canavar sürüsü şagirdlərə hücum edib.
Naxçıvanda canavar sürüsünün hücuma məruz qalanın şəxsiyyəti məlum olub.
Canavarların hücumu nəticəsində iki böyük, iki yeniyetmə olmaqla, ümumən dörd nəfər xəsarət alıb.
Naxçıvan təcili tibbi yardım xidmətindən bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır.
Hazırda həmin şəxslərdən bir nəfəri – M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.
Qeyd edək ki, hadisə may ayının 27-də baş verib.
Aktualinfo.org