Ermənistanda fövqəladə vəziyyət elan edilir – Növbəti günlərdə ciddi iğtişaşlar gözlənilir…

 

“Dünən Paşinyan Ermənistanda hərbi vəziyyətin tətbiq olunmasına ehtiyac yaranmadığını desə də, bu gün parlamentdə məsələ gündəmə gətirilib və sərhəddə vəziyyətin inkişafına uyğun qərarın verilə biləcəyi istisna edilmir”.

Bu fikirləri açıqlamasında araşdırmaçı jurnalist Asif Nərimanlı səsləndirib. O bildirib ki, hərbi vəziyyət elan olunarsa, növbədənkənar parlament seçkiləri təxirə salına bilər: “Bu, seçki ilə bağlı risklər fonunda Paşinyan hakimiyyətinə sərf edir.

1. Hakim komanda hökuməti təkbaşına formalaşdıracaq qədər səs toplamaya bilər;

2. Seçkidə qalib gəlsə də, növbəti günlərdə ciddi iğtişaşlar gözləniləndir;

3. Parlamentin formalaşması Rusiyanın istəyinə uyğun olmasa, hakimiyyətin devrilməsi üçün fərqli üsullar gündəmə gələ bilər:

Türkiyə ABŞ-a qarşı səbirlə davranır

Asif Nərimanlı əlavə edib ki, Koçaryanın daşnaklarla ittifaq qurması bu kontekstdə təsadüfi deyil: “Sərhəddə erməni diversiyasının artmasının və gərginliyin yüksəldilməsinin seçkiyə hesablanan hədəflərindən biri də budur. Hərbi vəziyyətlə bağlı qərarın parlament müxalifətinin də dəstəyi ilə qəbul edilməsi ehtimalı alternativ variant kimi saxlanılır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password