Veteran statusunun verilməsi niyə bu qədər uzanır? – Deputat
“Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi veteranları ilə bağlı bütün sənədlər reystrə daxil olacaq”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Qarabağ müharibəsi iştirakçılarına veteran statusunun verilməsinin gecikməsi ilə bağlı problemə münasibət bildirərkən deyib. Deputat bununla bağlı bütün təkliflərin Nazirlər Kabinetinə göndərildiyini açıqlayıb:
“Hər bir qurumun ayrı-ayrılıqda, məsələn, Müdafiə Nazirliyi öz veterenlarıyla, Dövlət Təhlükəsiz Xidməti və digər silahlı qüvvələr də öz veteranlarıyla bağlı siyahılarını təqdim etməlidir. Ondan sonra ümumi bir qərar verilməlidir. Bunun üçün ümumi komissiya, həmin komissiyanın tərkibində də hər bir qurumun nümayəndəsi var. Bu, bir az uzun çəkəcək prosesdir. Bütün qurumlar öz sənədlərini təqdim etməlidir ki, ondan sonra müvafiq qərar qəbul edilsin”.