Rusiyadan Ermənistana Zəngəzur dəhlizi mesajı: “Tezliklə başlayacağıq”

 

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda nəqliyyat marşrutlarının blokadadan çıxarılacağına ümid etdiyini bildirib.

Tezliklə Cənubi Qafqazda nəqliyyat qovşaqlarının bərpasına başlayacağıq" - Aleksey  Overçuk

O, bölgədəki nəqliyyat kommunikasiyalarının tezliklər açılmasının bölgə dövlətlərinin maraqlarına cavab verdiyini bildirib.

“Hamımız səbirsizliklə gözləyirik və ümid edirik ki, sağlam düşüncə burada qalib gələcək və tezliklə Cənubi Qafqazdakı nəqliyyat marşrutlarının blokadadan çıxarılmasına başlayacağıq”, – Overçuk qeyd edib.

Onun sözlərinə görə, mövcud reallıqlarda bölgədə nəqliyyat infrastrukturunun inkişafı hər zamankindən daha vacibdir.

Overçuk bildirib ki, bu gün həm bölgənin inkişafı üçün, həm iqtisadiyyat, həm də nəqliyyatın inkişafı baxımından tamamilə yeni şərtlər yaranıb:

“Bu, Ermənistanın bütün iqtisadi potensialının açılması üçün unikal şərait yarada bilər, Avrasiya inteqrasiyamızı tam həyata keçirmək üçün misilsiz, heyrətamiz şərait yarada bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password