Ermənistan mediası sərhəddə atışma baş verdiyi barədə məlumat yayıb
Ermənistan Müdafiə nazirliyi sərhəddə insident baş verdiyi barədə məlumat yayıb.
Erməni portallarına yaydığı xəbərə görə, bu gün saat 14:20 radələrində Qeqarqunik rayonunun Verin Şorja (Basarkeçər rayonu,Yuxarı Şorca) kəndi istiqamətində Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən insident nəticəsində atışma olub. 32 yaşlı kiçik serjant V.Xurşudyanın ölümçül güllə yarası aldığı deyilir.
“Sputnik Armenia”nın yaydığı məlumatda kiçik serjant V.Xurşudyanın aldığı güllə yarasından atıq öldüyü bildirilir.
Azərbaycan tərəfinin açıqlamasını gözləyirik.
Aktualinfo.org