Ərdoğanın Bakı səfərindən nə gözlənilir: Azərbaycanda hərbi baza, Şuşada konsulluq…

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlaması zamanı Ermənistanın uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsdindən bəhs edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyini açıqlayıb.

“Hazırki dönəmdə Azərbaycan və Türkiyə arasında münasibətlər hər iki dövlətin, qardaş xalqın tarixində olmayan şəkildə yüksək səviyyədədir. Münasibətlər ötən hər gün daha da sıxlaşır, möhkəmlənir. İki ölkənin Prezidentlərinin, rəsmi və qeyri-rəsmi şəxslərinin qarşılıqlı səfərləri, imzalannan müqavilələr, görülən işlər, investisiya yatırımları və s. ötən hər ay, hər il daha da artır. Bu mənada mən Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana səfərini müsbət və təbii hal kimi qarşılayıram”.

Bu fikirləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü açıqlaması zamanı səsləndirib. Onun sözlərinə görə, Türkiyə prezidentinin səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı məsələ müzakirə oluna bilər.

“Hazırda biz çox həssas bir dönəmdəyik. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlamalıdır. Bu, hazırda çox ağır bir mərhələdir. Azərbaycanın öz sərhədlərini bərpa etmək uğrunda apardığı ədalətli mübarizədə Ermənistanın hay-küylü, ədələtsiz yanaşmasını, təxribatçı addımlarını görürük. Hətta bu fonda Ermənistana bəzi ölkələrin dolayı və ya birbaşa dəstəyini görməkdəyik. Məsələn, Hindistan, Fransa, Avropa Parlamenti və s. yerlərdən çox qərəzli bəyanatların və qərarların şahidiyik. Sərhədlərin müəyyənləşdirilməsi ilə yanaşı iki ölkə arasında müqavilə imzalanması, qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıma məsələsi var və bunlar çox həssas məsələlərdir. Güman edirəm ki, belə bir məqamda Ərdoğanın səfəri zamanı bu mövzular müzakirə oluna bilər. Səfər zamanı Türkiyənin bu məsələdə ən yüksək səviyyədə Azərbaycanın yanında olduğunu bəyan etməsi, dəstəkləməsi, Azərbaycanda aparılan proseslə bağlı strateji müttəfiqimiz olan dövlətin, onun rəhbərinin tam və ətraflı şəkildə məlumatlandırılmasını müşahidə edə bilərik.

Zəngəzur dəhlizi ilə bağlı məsələ 10 noyabr bəyənnaməsində əksini tapan mühüm məqamlardan biri idi və bu Azərbaycanı Naxçıvanla eyni zamanda Azərbaycanı Türkiyə ilə birləşdirəcək quru yolun açılması demək idi. Ermənistan bu məzələdə “cığal”lıq etmək istəyir. Bu prosesin arxasında da sanki Rusiyanın və başqa dövlətlərin əli olduğu təssürratı yaranır. Türkiyə Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycan qədər maraqlıdır. Düşünürəm ki, bu məsələ də müzakirə predmenti ola bilər və bunda da Türkiyənin dəstəyini gözləyirəm. Bundan əlavə səfər zamanı müxtəlif sənədlərin imzalanma məsələsi ola bilər. Məsələn, ticari, iqtisadi, mədəni, elm, təhsil və.s”.

Siyasi şərhçi vurğulayıb ki, Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsi məsələsi müzakirə olunmalıdır.

“Çox istərdim ki, bu həssas dönəmdə Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyənin hərbi bazasının yaradılması məsələsi müzakirə olunsun. Azərbaycan çox böyük təzyiq altındadır. Rusiyanın gizli və ya açıq şəkildə Qarabağdakı separatçılara dəstəyi hiss olunur, bəzi qonşu ölkələrin qərəzli mövqeyi ilə qarşılaşırıq, Avropadan zaman-zaman qərəzli bəyənatların şahidi oluruq və s. Belə bir məqamda Azərbaycan xalqının gözü Türkiyəyə dikilib. Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsi bizim üçün çox önəmli məsələ ola bilər. Sülhün, sabitliyin bir növ təminatı ola bilər. Çox istərdim ki, Ərdoğanın Şuşaya səfəri olsun, Prezident İlham Əliyevlə birlikdə Şuşadan bütün dünyaya müsajlar verilsin və Türkiyə dövlətinin Şuşada konsulluğunun açılması məsələsi belə müzakirə edilsin”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password