Rusiyada miqrantlar üçün xüsusi hüquqi rejim tətbiq olunacaq

 

Rusiyada qalmaq hüququ olmayan, lakin mövcud şərtlərə görə ölkədə yaşamaq məcburiyyətində qalan miqrantlar üçün xüsusi hüquqi rejim tətbiq olunacaq.

Bu barədə “TASS” agentliyinin sorğusuna cavab olaraq Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

“Miqrasiya sahəsində təhlükəsizlik və asayişin təmin edilməsi mexanizminin səmərəliliyinin artırılmasına yönəlmiş qabaqlayıcı tədbirlərdən biri olaraq qanunvericiliyə xüsusi hüquq-mühafizə rejiminin – “Nəzarət olunan qalma”nın tətbiqi planlaşdırılır. Bu, Rusiyada qalmaq üçün heç bir qanuni əsası olmayan, ancaq bu və ya digər səbəblə ölkə ərazisində qalan miqrantlarla bağlı olacaq.

Yeni xüsusi hüquqi rejim ölkədən xaric edilməsinə dair qərarların icrası dayandırılan, verilmiş cəzaların icrası zərurəti səbəbiylə məhkəmə proseslərində iştirakı üçün Rusiyadan çıxmasına məhdudiyyətlər qoyulan, sosial təhlükəli yoluxucu xəstəliklərdən əziyyət çəkən əcnəbilərə şamil ediləcək”-deyə, məlumatda qeyd olunub.

Bildirilib ki, Rusiya ərazisində qalma müddəti bitən, amma ölkəni tərk etməyən təxminən 1,6 milyon miqrant var.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password