Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəldi
Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində həlledici görüşlər yekunlaşıb.
Beləliklə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin üçüncüsü olub.
Şəhriyar üçüncü yer uğrunda matçda ermənistanlı rəqibi Levon Aronyana qalib gəlib. İlk görüşdə heç-heçə (2:2) qeydə alınsa da, cavab qarşılaşmasında qrossmeysterimiz 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0) hesabı ilə qələbə qazanıb.
Bu mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə məğlub olub.
Çempionlar Turu: “New In Chess”
Final
21:00. Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ)
İlk oyun – 3:1
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan)
İlk oyun – 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.