Ermənistanda sabiqlər yeni seçki bloku yaradıb

 

Artur Vanetsyanla Serj Sarkisyanın partiyası parlament seçkilərinə birlikdə qatılacaq

Ermənistanın Vətən Partiyası Respublika Partiyası ilə blok yaradaraq növbədənkənar parlament seçkilərində iştirak edəcək.  Erməni mediasının yaydığı xəbərə görə, bu barədə partiyanın sözçüsü Sos Hakobyan məlumat verib.

“Özünü Ermənistanda güc hesab edən dağıdıcı, məğlub rejimin sıradan çıxarılmasının zəruriliyini nəzərə alaraq, Vətən Partiyası seçkilərdə iştirak etməyə və Respublika Partiyası ilə blok yaratmağa qərar verdi”, – deyə Hakobyan qeyd edib.

Vurğulayıb ki, hazırda blokun namizəd siyahısı üzərində iş, blokun adı, proqram müddəaları müəyyənləşdirilir: “Seçki siyahısında qanunla problemi olan heç kim olmayacaq. Siyahıya cəmiyyətdə güvən qazanmış və bacarıqları ilə Ermənistana faydalı ola biləcək insanlar daxil ediləcək”.

Partiyanın sədri Artur Vanetsyana gəlincə, Hakoopyan belə söyləyib:m “Artur Vanetsyan erkən seçkilər zamanı və bütün siyasi proseslərdə əsas rol oynayacaq. Eyni zamanda, bizimlə birləşən siyasi qüvvənin lideri olacaq. Siyahıda birinci yeri kimin alacağı sualı hələ müzakirə olunur və dəqiqləşdirilməyib”.

Qeyd edək ki, Vətən Partiyasının sədri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyandır. Respublika Partiyasının lideri isə sabiq Prezident Serj Sarkisyandır.

Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password