“Respublikanski” və “Semaşko”nun baş həkimləri işdən çıxarıldı
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru İlham Qafarov işdən çıxarılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
TƏBİB-dən bildirilib ki, Telman İbadovun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.
Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə keçirilib.
İlham Qafarovun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.
İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktor muavini vəzifəsinə keçirilib.
Qeyd edək ki, Könül Ələkbərov Azərbaycan Tibb Universitetinin məzunudur. 2008-ci ildə Prezidentin sərəncamına əsasən, “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.