MSK-nın yeni tərkibi formalaşdı – Məzahir Pənahov yenidən sədr oldu
Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə qərar layihəsinə baxılıb.
Spiker Sahibə Qafarova bildirib ki, Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti başa çatıb: “Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini formalaşdırımalıdır. Artıq çoxluq təşkil edən partiyanın, bitərəflərin, azlıq təşkil edən partiyaların nümayəndələrinin siyahısı razılaşdırılıb”.
Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır:
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Sürəddin Hümbətov (ehtiyat üzv).
Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri aşağıdakılardır:
Arifə Muxtarova
İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Nailə Əsgərova
Aydın Muradov.
Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) – Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas Qəhrəmanlı.
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi – Tofiq Həsənov
Niyaməddin Orduxanlı (ehtiyat üzv).
İclasda namizədlərin siyahısı səsə qoyularaq qəbul edilib.
Qeyd ed’k ki,bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
İclasda təşkilati məsələlərə baxılıb.
Məzahir Pənahov səsvermə ilə yenidən MSK sədri seçilib.
Aktualinfo.org