Türkiyə Prezident Administrasiyası – “Baydenin açıqlamaları cavabsız qalmayacaq”
“ABŞ prezidenti Cozef Bayden 1915-ci il hadisələri ilə bağlı “soyqırım” sözünü istifadə edərək, Türkiyəyə qarşı çox böyük səhvə yol verdi”. Bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Administrasiyadan bildiriblər: “Erməni diasporunun iddialarını təsdiqləmək əvəzinə, C.Bayden bu hadisələrin araşdırılmasına çağırmalı idi. ABŞ bunun Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olduğunu anlamalıdır və Baydenin açıqlamaları cavabsız qalmayacaq.
Baydenin açıqlamalarına baxmayaraq, bir daha Türkiyədə ermənilərə qarşı soyqırımı olmadığını və Baydenin açıqlamalarının heç bir qanuni əsası olmadığını bəyan edirik”.
Xatırladaq ki, daha əvvəl Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədən ilk ABŞ Prezidenti olub. Bu da onun Türkiyəyə və müsəlmanlara düşmən münasibət bəsləməsində xəbər verir.
Hər halda tarixi sənədlərdə əksini tapmadığı halda, yalnız Ermənistan və erməni lobbisinin iddiasına əsaslanaraq 1915-ci ildə Anadoluda baş verən hadisələri “soyqırım” kimi təqdim etmək üçün ya axmaq olmalısan, ya da türklərə qarşı qərəzli mövqedə dayanmalısan.
Xatırladaq ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.
Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib./azpolitika.info”