Xankəndidə yenə də Azərbaycan və Türkiyə bayraqlarına od vuruldu… – Fotolar

 

Ötən gecə artıq 30-cu ildir ki, işğal altında qalan Xankəndi şəhərimizdə sülənən separatçı-terrorçu ermənilər Türkiyə və Azərbaycan dövlətləri əleyhinə növbəti kütləvi aksiya keçiriblər.

Separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, “Biz unutmuruq, tələb edirik, qayıdacağıq” devizi altında keçirilən  24 aprel – “ənənəvi məşəl yürüşü”nü  terrorçu və irqçi “Daşnaksütyun” partiyasının yerli gənclər şöbəsi təşkil edib. Azərbaycan şəhərində yeni tikilmiş baş erməni kilsəsindən başlanan yürüş zamanı Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Dünya birliyindən, həmçinin, Türkiyə və Azərbaycan dövlətlərindən qondarma “erməni soyqırımı”nın, eləcə də separatçı qurumun “müstəqilliyinin” beynəlxalq səviyyədə tanınmasını və s. tələb edən separatçı, işğalçı, faşist və terrorçu əqidəli aksiya iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarına od vurublar…/moderator.az

Xankəndidə yenə də Azərbaycan və Türkiyə bayraqlarına od vuruldu...  - Fotolar

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password