Gürcüstan Aərbaycana xəyanət edib: Dəmir yumruq Osmanlı tokatı ilə birləşir…

 

Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri “erməni əsirlərinin qaytarılması” formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa rəsmi Gürcüstanın mövqeyini ifadə ediblər.”

Bu barədə açıqlamasında millət vəkili Fazil Mustafa fikir səsləndirib. O bildirib ki, burada məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz: “Buna bir həftə öncə Gürcüstan Prezidentinin, erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı Dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır. Adam özünü anlamaz yerinə qoyub böyük Türkiyəyə qarşı ermənilərin ərazi iddialarını dəstəklədiyini nümayiş etdirməkdən çəkinmir. Gürcüstanın Azərbaycana qarşı bu cür hərəkəti heç şübhəsiz ki, bəzi erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan hərəkətdir və dərindən təhlil etsək, heç bu davranışın həmin dövlətin öz maraqlarına da uyğun gəlmədiyini görərik. Çünki Gürcüstanın, illərdir həyat yolu olaraq baxdığı Türkiyə və Azərbaycan kimi dövlətlərin dəstəyini itirməyin hansı nəticələr doğuracağını ayrıca izah etməyə zərurət yoxdur”.

Fazil Mustafa – Yeni Çağ

Millət vəkili Gürcüstanın xəyanətinə qarşı ilk olaraq nədən başlamalı olduğumuzu da dilə gətirib: “Türkiyə ilə birlikdə beynəlxalq platformada Gürcüstana qarşı Rusiyanın mövqelərini açıqca dəstəkləməliyik. Beynəlxalq platformada Gürcüstanın “işğal olunmuş əraziləri” ifadələrini görməzdən gəlməliyik və bu ifadəni işlətməkdən çəkinməliyik. İqtisadi sahədə Gürcüstana qarşı Türkiyə ilə birlikdə müəyyən islahedici addımlar barədə düşünməliyik. Ağrı dağında Türkiyə və Azərbaycan bayraqlarının işıqlandırılmasını bir an öncə gerçəkləşdirməliyik ki, Salome də ermənilər kimi bu möhtəşəm tablonu seyr edib ürək ağrısı ilə paylaşa bilsin.

Bir sözlə, rəsmi Gürcüstan xəyanətkar davranış sərgiləyib, Azərbaycana qarşı AŞPA-dakı təmsilçiləri ermənilərlə birlikdə xüsusi canfəşanlıq göstərib, habelə qardaş Türkiyə üçün həssas mövzu olan Ağrı dağı məsələsində sayğısızlıq nümayiş etdirib. Həm də dəfələrlə bu cür davranışlara rəvac verib. Bunun mütləq cavabı olmalıdır. Təbii ki, qonşuluq münasibətlərini pozmadan, beynəlxalq hüquqa zidd davranmadan bunları etməliyik. Biz dəmir yumruğu işğalçı, faşist erməni başına endirərək onları az da olsa reallığa qaytardıq, indi bu yumruğu uzaqdan da olsa başqa bəd niyyətlilərin də görə biləcəyi məsafədən vaxtaşırı yuxarı qaldırmamız artıq zərurətə çevrilməkdədir. Bizim Dəmir yumruğumuz Osmanlı tokatı ilə birlikdə ayrı islahedici vasitədir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password