“Xankəndində sülhməramlıların parad keçirməsi…” – Elçin Şıxlı

 

“Xankəndində sülhməramlıların parad keçirməsi haqda xəbərləri yaxşı qiymətləndirmək mümkün deyil. Mən indiyə qədər belə bir prisidentin şahidi olmamışam. Sülhməramlı nədir, parad nədir?”.

Bu sözləri “Ayna-Zerkola” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı Rusiyanın Qarabağdakı sülhməramlılarının parad keçirəcəyi haqda xəbərləri şərh edərkən bildirib.

Şıxlı deyib ki, bu kimi addımlar bölgədə yaxşı ab-hava yaratmağa əsla xidmət etmir:

“Əslində belə bir addım sülhməramlı missiyaya zidd olmaqla yanaşı, bir növ güc nümayişidir. Ölkə Prezidentinin Hacıqabulda dövlət televiziyasına verdiyi müsahibədə də “İsgəndər-M” raket kompleksi barədə fikrini bildirdi. Dedi ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab verib, amma bu cavab Azərbaycanı qane etmir. Prezident əlavə etdi ki, Azərbaycan “İsgəndər-M” raketinin necə və hansı yollarla Ermənistana gəlməyinin səbəbini soruşur. Əslində, çox şey bilirik, amma indiki mərhələdə Rusiyadan dolğun cavab gözləyirik. Bu, o deməkdir ki, Rusiya ilə bizim aramızda diplomatik münasibətlər var, tərəflər müzakirələr aparır. Amma arxa planda da gərginlik var. Rusiyanın Ermənistanı sürətlə silahlandırması haqda söz-söhbətlər gəzir”.

Analitik xatırladıb ki, bir müddət əvvəl Rusiya kanalında “Lancet” model Pilotsuz Uçuş Aparatları haqda süjet verilib və iddia edilib ki, bu aparat Türkiyə istehsalı olan “Bayraqdar-TB2 dronunu məhv etmək qabiliyyətinə malikdir:

“Guya Bayraqdarları vuracaqlar. Hələ ortalıqda heç nə yoxdur, “Lancet” də havaya qalxıb heç nəyi vurmayıb, amma bunlar hay-küy salıblar. Deməli, gərginlik var. Azərbaycanın mövqeyi ortadadır. Biz münasibətlərdə səmimiyyətin olmasını vacib sayırıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password