Tural Gəncəliyev AŞPA-da Ermənistanın mina xəritələrini verməməsindən danışıb

 

“Məcburi köçkünlər arasında uzun sürən və xroniki xəstəliklərə düçar olan insanlar daha çox olur”.

Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında xroniki və uzun sürən xəstəliyi olan insanlara qarşı ayrı-seçkiliyə həsr olunmuş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

Tural Gəncəliyev AŞPA-da ermənilərin qanunsuz köçürülməsindən danışıb

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzünün daha bir ağır nəticəsi azərbaycanlı məcburi köçkünlər arasında uzun sürən və xroniki xəstəliklərin çox olmasıdır: “Biz pendemiya dövrünü yaşayırıq. Bu böhran vəziyyətdən əsas əziyyət çəkən insanlar məcburi köçkünlərdir. Mənim tanışlarım, dostlarım, valideynlərim, qohumlarım Ermənistanın təcavüzü nəticəsində 30 il bundan əvvəl Dağlıq Qarabağdan qaçqın düşüblər. Məcburi köçkünlərin həyat səviyyələri daha çətin, habelə yaşadıqları mənzillərdə şəraitləri daha çətin olur. Məcburi köçkünlər emosional stresə daha artıq məruz qalırlar. Bütün bunlar da onlalarda xroniki və uzun sürən xəstəliklərin yaranmasına səbəb olur”.

T.Gəncəli Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistan tərəfindən basdırılmış minaların yerini göstərən xəritələrin verilməsinin vacibliyi məsələsinə də toxunub: “Ermənistan Qarabağda minaladığı ərazilərin xəritəsini verməlidir ki, bu insanlar geriyə, doğma torpaqlarına qayıda bilsinlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password