Zelenski və Ağ evdən telefon danışığı barədə

 

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığından sonra ilk açıqlamasını tvitter səhifəsindən verib.

Zelenski və Ağ evdən telefon danışığı barədə AÇIQLAMA

RİA Novosti V.Zelenskinin ABŞ-ın ölkəsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini yazıb:

“Co Baydenlə danışmağıma şad oldum. Ukrayna ABŞ-ın müxtəlif səviyyələrdə dəstəyini yüksək qiymətləndirir. Demokratiyanı qorumaq məsələsində çiyin-çiyinə dayanmışıq. Mən Ukraynada islahatların aparılması, şəffaflığın artırılması və sülhə nail olunması məsələlələrinə ciddi köklənmişəm. Amerika tərəfdaşlığı ukraynalılar üçün böyük əhəmiyyət daşıyır”.

Ağ Evin mətbuat xidməti də telefon danışığı barədə məlumat yayıb.

“Prezident Bayden Rusiyanın Donbas və Krımdakı təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyib. Tərəflər həmçinin, pandemiyaya qarşı mübarizə və regionda demokratiyanın möhkəmləndirilməsinin vacibliyini müzakirə ediblər”, – məlumatda bildirilib.

Röyters agentliyi isə bildirib ki, Bayden telefon danışığı zamanı Zelenskiyə Ukraynaya səfər etmək istədiyini deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password