İlham Əliyevə sülhpərvər deyən erməni aktyoru linç etdilər

 

Ermənistanın tanınmış aktyoru Hovhannes Azoyanın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın feysbuk hesabına yazdığı şərh ölkəsində müzakirələrə səbəb olub. O, Prezident İlham Əliyevin Qarabağda lentə alınan görüntülərinə ingilis dilində “İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın”,- deyə rəy yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarı kimi bilinən Azoyanın bu addımından sonra ona qarşı linç kampaniyası başladılıb. Ölkənin ictimai simaları, humanitar və siyasi təşkilatlar onu satqınlıqda ittiham edib, sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid-təhqirlərə məruz qalıb. Daha sonra aktyor yazdığı şərhi silmək məcburiyyətində qalıb.

Məsələ erməni mediasında da geniş işıqlandırılıb və Hovhannes əleyhinə məqalələr dərc edilib.

H.Azoyan ona qarşı aparılan kampaniyanın son qoyulması barədə feysbukda post paylaşıb. Aktyor sülhün tərəfdarı olduğunu qeyd edib:

“Qoy mənə qarşı hər kəsin nifrəti, kin-küdurəti bitsin. Ürəyimdə sülh hökm sürür”.

Onun sözügedən postuna iki minə yaxın təhdid dolu şərhlər yazılıb. /qafqazinfo

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password