Prezident İlham Əliyev Hadrutda Azərbaycan bayrağını ucaldıb

 

Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstə qoymayıb. Görün yollar nə gündədir. Bu yollar 30 il ərzində asfalt görməyib.

Bu sözləri Xocavənddə olan Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev deyib.

“Onların bütün təbliğatı yalandır. Bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırlar. Dırnaqarası “arsax” dövləti. Cəhənnəmə getdi. Dövlət idisə, niyə daş daş üstə qoyulmayıb? Çünki bilirlər ki, torpaq onların torpağı deyil. Torpaq azərbaycanlıların torpağıdır. Bura işğaldan azad edilmiş Xocavənd rayonudur. Keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının Hadrut rayonudur”, – İ.Əliyev vurğulayıb.

Səfər zamanı Prezident İlham Əliyev Hadrutda Azərbaycan bayrağını ucaldıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password