İranla İsrail arasında dəniz müharibəsi – Bir neçə gəmi partladılıb, hücumlar davam edir

 

Tehran bu həftə İran dövlət şirkətinə aid yük gəmilərindən birinin terrorçu hücumuna məruz qaldığını bəyan edib.

Bu barədə İranın dövlət telekanalları martın 12-də xəbər yayıb.

Xəbərdə İran İslam Respublikasının “İran Shipping Lines Group” (IRISL) şirkətinin sözçüsü Əli Qiyasyana isitnadən bildirilir ki, sözügedən gəmiyə martın 10-da partladıcı cihazla hücum edilib.

O da bildirilir ki, gəmi İrandan Avropa istiqamətində üzürdü. Qiyasyan deyib ki, zərbə nəticəsində “Şəhre Kord” adlı gəminin göyərtəsində baş vermiş kiçik yanğın dərhal söndürüıüb. Xəbər verilir ki, insident nəticəsində tələfat olmayıb.

Qiyasyan bu hadisəni terrorçu hərəkət və dəniz quldurluğunun nümunəsi adlandırıb.

Bu arada “Reuters” agentliyi iki dəniz təhlükəsizliyi mənbəyinə istinadən bildirib ki, ilkin əlamətlərə görə konteyner daşıyan gəmi naməlum mənbə tərəfindən bilərəkdən hədəflənib.

Bundan iki həftə əvvəl İranın qatı düşməni İsrail bildirmidi ki, onun yük gəmisinə fevraklın 25-də Oman körəfzində edilmiş hücumun arxasında İran dayanıt. Tehran bu ittihamı elə həmin gün rədd ermişdi.

Martın 12-də ABŞ və regional rəsmilərə istinad edən “The Wall Street Journal” qəzeti yazırdı ki, İsrail 2019-cu ilin sonlarından bəri Suriyaya əsasən İran nefti daşıyan onlarca gəmini vurub. Qəzet yazır ki, İsrail bu məqsədlə dəniz minalarından istifadə edir. İsrail rəsmiləri İran gəmilərinə qarşı hücumlarını davam etdirəcək. IRISL şirkəti ötən ilin Birləşmiş Ştatların qara siyahısına salınıb.

Dövlət Departamenti iddia edirdi ki, bu şirkətin gəmiləri İranın nüvə və raket proqramlarına ibarət materialları daşıyıb./azpolitika.info/

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password