Ərdoğan: Gecə-gündüz çalışırıq ki, Türkiyəni dünyada…

 

Türkiyənin yeni islahatlar paketi şəffaflıq və maliyyə intizamı kimi iki vacib sütundan ibarət olacaq. İslahatların onurğa sütununu isə makroiqtisadi və struktur islahatları təşkil edəcək. 2009-cu il qlobal böhranı kimi 2013-cü ildən sonra meydana gələn bir çox siyasi və iqtisadi sarsıntıların öhdəsindən uğurla gəldik və ölkəmizi 2023-cü il hədəfləri istiqamətində gücləndirməyə davam etdirdik. Türkiyəni dünyanın ən böyük 10 iqtisadiyyatına malik ölkələrindən birinə çevirmək üçün gecə-gündüz çalışırıq. İşimizin əsas mahiyyəti ölkə iqtisadiyyatını sərmayə qoyuluşunu, ixracımızı artırmaqdır.

Türkiyə mətbuatının məlumatına görə, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni iqtisadi islahatlar paketinin təqdimatı mərasimində bildirib.

Ölkəsinin demokratik və iqtisadi inkişafın təməl şərtlərindən biri olan siyasi sabitliyə sahib olduğunu vurğulayan Prezident Türkiyənin regional və qlobal böhrana baxmayaraq, gücünü qoruduğunu bildirib: “Bütün dünya ilə bərabər, ölkəmizi də öz təsiri altına alan pandemiya həm 18 il ərzində ölkəmizdə qurduğumuz güclü təməllər, həm də yeni idarəetmə sistemi üçün bir sınaq oldu. Türkiyə bütün fərqli ssenarilərə hazır olduğunu göstərdi. Pandemiyaya baxmayaraq, 2020-ci ildə ölkə iqtisadiyyatında 1,8 faiz artım oldu. G20 ölkələri arasında Çindən sonra iqtisadiyyatını böyütməyi bacaran ikinci ölkə olduq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password