Gömrük Komitəsindən büdcə daxilolmaları niyə azalıb?

Dövlət Gömrük Komitəsi son hesabatında 2021-ci ilin yanvar-fevral ayında dövlət büdcəsinə vergi və rüsumların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 10,5%-lik azalmanın olduğunu bildirib.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirovun  açıqlamasına görə DGK-nın dərc etdiyi bir istiqamət istisna olmaqla, digər bütün daxil olmalarda azalmalar olub:
“Yeganə artımın qeydə alındığı istiqamət aksizlər üzrə göstəricidir. Bu göstərici müqayisə dövrünə nisbətən 3,8% artaraq 20,24 milyon manat təşkil edib. Geriləmə ən çox yol vergisi üzrə daxilolmalarda müşahidə olunub. Bunun da əsas səbəbi pandemiyaya görə sərhədlərin bağlanması, gediş-gəlişə qoyulan məhdudiyyətlər olub. Məhz bu səbəbdən də bu göstərici 19 faizdənn çox azalaraq 5,8 milyon manata qədər enib”.
İqtisadçı azalmanın baş verdiyi digər istiqamətlərdən olan gömrük rüsumlarının həcminə də toxunaraq, bildirib ki, bunun da kökündə pandemiyanın mənfi təsirləri durur. Məhz bu təsir səbəbindən gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7% -dək azalaraq 158,8 milyon manat təşkil edib.
“Azalma səviyyəsinə görə ƏDV üzrə daxilolmalar mənfi göstərici üzrə ikinci yerdə dayanır. Rezident və qeyri-rezidentlərin fəaliyyətində olan geriləmə ƏDV daxil olmalarına da mənfi təsirini göstərərək onun səviyyəsini 408,55 milyon manata qədər salıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,3%-lik bir geriləmə deməkdir. Bütün bu geriləmə fonunda bu ilin yanvar-fevral ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 593 milyon 404 min manat həcmində vergi və rüsumlar daxil olub. Düşünürəm ki, peyvəndin yaratdığı nikbinlik və iqtisadi aktivliyin növbəti aylarda tədricən artması sayəsində DGK xətti ilə dövlət büdcəsinə daxil olmalarda ilk iki ayla müqayisədə artım dinamikası müşahidə ediləcək”,- deyə o qeyd etdi./valyuta.Az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password