Pandemiya dövründə “Gilan Holdinq”in işsiz qoyduğu şəxs Birinci vitse-prezidentdən kömək istəyir – MÜRACİƏT
Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 22 ünvanda yaşayan Əliyev Elvin Rəşadət oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə, İqtisadiyyat naziri Mikayıl Cabbarova,Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, ƏƏSMN Dövlət Əmək Müfəttişliyinin rəisinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə “Gilan Holdinq” MMC tərəfindən xəbərdarlıq edilmədən pandemiya dövründə ayrısekçilik edilərək qanunsuz işdən azad olunması barədə mətbuat vasitəsi ilə müraciət ünvanlanıb.
Aktualinfo.org vətəndaş Elvin Əliyevin müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:
Hörmətli Mehriban xanım Əliyeva, bildirim ki, mən Daxili Qoşunlarda Xüsusi Təyinatlı Dəstədə hərbi xidmət keçmişəm. Dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılmışam. 5 il Rusiyada mühafizəçi kimi işlədikdən sonra Azərbaycana qayıtmış və işimi davam etdirmişəm. 2019-cu ilin 21 mayından 2020-ci ilin dekabrın 21-dək “Gilan Holdinq” MMC-nin Texniki depertamenti Nəzarət Şöbəsinin mütəşəsissis vəzifəsində işləmişəm. Lakin çox təəssüflər olsun ki, dekabrın 21-də mənə bildirdilər ki. gətir formanı təhvil ver, sən işdən azad olursan”. Doğrusu “Soyuq duş effekti” verən bu cavabdan hələ də özümə gələ bilmirəm. Axı hansı sivil qaydalara əməl edən idarə indiki ağır pandemiya dövründə işçisini xəbərdarlıq etmədən çölə atar? Axı cənab prezident də göstəriş verib ki, heç bir dövlət və ya özəl sektorda işçiləri əsassız işdən çıxarmasına yol verilməsin. Budur, məni Əmək Məcəlləsinin 68-ci bəndinin 2-ci hissəsinə görə işdən əsassız azad etmişlər. Mən öz narazılığımı ifadə edən məktubla idarəmizin Cəfər Cabbarlı küçəsi ev 46-da ( “Caspian Plaza” ilə üz üzə)yerləşən baş ofisinə ərizəmi təqdim etdim. Dedilər ki. 2 həftəyə baxılıb cavab veriləcək. Lakin bu günə kimi mənə rəsmi cavab vermədilər.
Xatırladım ki, Bakı Dəniz Vağzalının sol tərəfində yerləşən iş yerimizdə məndən başqa digər şəxslər öz fəaliyyətini davam etdirirlər. bu sadəcə mənə qarşı olan ayrıseçkilikdir. Hazırda bu tikinti şirkətində başqa şirkət də gəlib fəaliyyətə başlayıb. Və yeni işçilər yığır.
Hörmətli Mehriban xanım sizə ona görə müraciət edirəm ki, mən gənc ailəyəm, iki azyaşlı övladım var. Hazırda da iş tapmaq çox çətindir. İqtisadi çətinliyimi nəzərə alaraq məni əvvəlki işimə bərpa edilməyimə köməklik göstərməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.
Aktualinfo.org